...

MALİYYƏ NAZİRLİYİ DÖVLƏT QISAMÜDDƏTLİ İSTİQRAZLARIN EMİSSİYASINI ELAN EDİB

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Sentyabr 2005 10:55 (UTC +04:00)

Azərbaycanın Maliyyə Nazirliyi Bakı Fond Birjasında dövlət qısamüddətli istiqrazların 2005-ci ildə 15-ci buraxılışını elan edib. Fond Birjasından Trend ə verilən məlumata görə, 10601508S qeydiyyat nömrəli DQİ satışa çıxarılıb.

Onun həcmi 35 mlrd manat təşkil edib. Dövriyyə müddəti 122 gün olmaqla 2006-cı il yanvarın 30-na kimi ödənilməlidir.

2005-ci ildə Maliyyə Nazirliyi ümumi nominal dəyəri 430 mlrd manat olan 15 DQİ buraxılışı və ya qeydiyyata alınmış emissiya prospektinin (400 mlrd manat+100 mlrd manat) 86%-ni elan edib. Nazirlik 14 buraxılışdan 213,169 mlrd manat cəlb edib.

Xəbər lenti

Xəbər lenti