...

İLİN SONUNADƏK CULFADA SƏRHƏD-GÖMRÜK MƏNTƏQƏSİNİN YENİ BİNASININ İSTİSMARA VERİLMƏSİ PLANLAŞDIRILIR

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Sentyabr 2005 19:56 (UTC +04:00)

2005-ci ilin sonunadək İran ilə Azərbaycay arasında sərhəd-gömrük mənətəqəsinin yeni binasının istismara verilməsi planlaşdırılır.Naxçıvan Muxtar Respublikasının (NMR) Bakıdakı daimi nümayəndəliyinin rəhbəri Rəşad Qulamov Trend ə bildirib ki, hazırda obyektin bütün tikinti işləri demək olar ki, yerinə yetirilib.

Onun sözlərinə görə, hazırda həmin istiqamətdə son işlər aparılır.

"Əvvəllər məntəqənin yayda istismara verilməsi planlaşdırılırdı, amma obyektiv səbəblərdən həmin tədbir ilin sonuna keçirildi"-deyə R.Qulamov qeyd edib.

Dörd mərtəbəli binanın birinci mərtəbəsində foye,gömrük-buraxılış məntəqəsi, ikinci və üçüncü mərtəbələrdə isə kabinetlər və iclas zalı yerləşir.

Bundan başqa,həmin ərazidə nəqliyyat vasitələrinin gömrük buraxılışı üçün tikili həyata keçiriləcək, anbarlar tikiləcək, yeni körpü salınacaq, sərhəd bazarı fəaliyyət göstərəcək.

"Gömrük məntəqəsinin açılışında ölkənin gömrük komitəsi rəhbərinin iştirakı planlaşdırılır"-deyə R.Qulamov bildirib.

Xəbər lenti

Xəbər lenti