...

AZƏRBAYCAN TORPAĞIN MÜHAFİZƏSİ TEXNOLOGİYASI ÜZRƏ BEYNƏLXALQ TRENİNQLƏRDƏ İŞTİRAK EDİR

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Sentyabr 2005 20:15 (UTC +04:00)

Azərbaycan torpağın mühafizəsi texnologiyası üzrə Ankarada keçirilən beynəlxalq treninqlərdə iştirak edir.Kənd təsərrüfatı nazirliyinin elmi-aqrar mərkəzində Trend ə bildirilib ki, treninqlərdə əkinçilik institutunun mütəxəssisləri iştirak edir.

Mərkəzdə həm də qeyd olunub ki, treninqlərin təşkilatçıları quraq rayonlarda kənd təsərrüfatı araşdırmaları Beynəlxalq mərkəzi ICARDA (International Center for Agricultural Reseach in the Dry Areas), qarğıdalı və buğdanın təkmilləşdirilməsi Beynəlxalq mərkəzi CİMMYT (Centro Internacional de Mejoramiento de Maíz y Trigo, anq. International Maize and Wheat Improvement Center) və Türkiyənin kənd təsərrüfatı nazirliyidir.

Öz işini oktyabrın 7-də başa çatdıran treninqlərdə, torpağın şoranlaşmadan müdafiəsi, eləcə də istismar nəticəsində torpağın keyfiyyətinin aşağı düşməsinin qarşısının alınması yolları və digər məsələlər müzakirə ediləcək.

Tədbirdə dünyanın təxminən 30 ölkəsi iştirak edir, həmin ölkələr müxtəlif saşələrdə CİMMYT və ICARDA ilə əməkdaşlıq edir.

"Treninqlərdə Qafqaz regionundan Gürcüstan və Azərbaycan iştirak edir" -deyə mərkəzdə qeyd olunub.

Mərkəzdə həm də qeyd olunub ki, Azərbaycanın tədbirdə iştirakı üçün bütün maliyyə xərclərini ICARDA öz üzərinə götürüb.

Xəbər lenti

Xəbər lenti