...

AZƏRBAYCANIN YENİ REYTİNQİNƏ YANVAR AYINDA BAXILA BİLƏR

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Sentyabr 2005 12:50 (UTC +04:00)

Azərbaycan İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatında (OECD) yeni reytinqi gələn ilin əvvəllərində ala bilər. İxrac və İnvestisiyaların Təşviqi Fondunun rəhbəri Emil Məcidovun Trend ə verdiyi məlumata görə, OECD-in sessiyası 2006-cı ilin yanvarında keçiriləcək.

İqtisadi inkişaf nazirinin müavini Mikayıl Cabbarovun sözlərinə görə, cari ilin sonuna qədər Azərbaycan OECD-ə daxil olan bir sıra agentliklərlə görüşlər keçirməyi planlaşdırır ki, bu da reytinqin qaldırılması üzrə işlərin birinci mərhələsini təşkil edir.

Beləliklə, Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi Təşkilatda ölkənin reytinqinin artırılması üçün OECD-ə üzv olan, o cümlədən, Fransa, Almanyia, İtaliya və digər ölkələrin ixrac agentlikləri ilə işləri fəallaşdırır.

Hələlik Azərbaycan OECD versiyaları üzrə reytinqin II pilləsindədir. Ölkə və eləcə də özəl sektor üçün xaricdən maliyyələşmənin mümkünlüyü bu təşkilatda reytinqin yuxarı olmasından çox asılıdır. Hazırda isə o, ən aşağı səviyyədədir.

Xəbər lenti

Xəbər lenti