Azərbaycan ölkədə azad iqtisadi zonaların (AİZ) yaradılması məsələlri üzrə qısa hesabat hazırlayıb. İxrac və İnvestisiyaların Təşviqi Fondunun rəhbəri Emil Məcidovun Trend ə verdiyi məlumata görə, hesabat ölkədə iqtisadiyyatın hazırki vəziyyətinin təsviri, eləcə də Azərbaycanda AİZ-ın yaradılması konsepsiyasının ilkin aspektləri öz əksini tapıb.
"Qısa hesabatın tərtib olunmasından sonra tam hesabatın hazırlanması zəruridir. Mühəndisliklə bağlı problemlərin, maliyyə aspektləri və qanunvericilik məsələləri nəzərə alınarsa, bu çox nəhəng işdir ", - deyə E.Məcidov bildirib.
Hazırda Azərbaycan müxtəlif variantları nəzərdən keçirərək AİZ-ın yaradılması məsələsini nəzərdən keçirir.