...

QARS-AHALKALAKİ-TBİLİSİ –BAKI DƏMİYROLU LAİYHƏSİNİN TEXNİKİ İQTİSADİ ƏSASLARINI YUKSEL DOMONIK HAZIRLAYACAQ

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Sentyabr 2005 13:45 (UTC +04:00)

Qars -Ahalkalaki-Tbilis-Bakı dəmiryolunun tikintisi layihəsinin texniki-iqtisadi əsaslarını (TİƏ)Türkiyənin Yuksel domonik şirkəti hazırlayacaq. Bu barədə Trend ə Azərbaycanın Nəqliyyat Nazirliyindən məlumat verilib. Layihənin konsultantı Türkiyədə keçirilən tender əsasında seçilib və o, layihənin TİƏ-nı hazırlamağı öz üzərinə götürüb. Göstərilən dəmiryol xəttinin tikiləcəyi müddətin öz əksin tapacağı sənəd cari ilin sonuna kimi hazır olacaq. Aparılan hesablamalara görə, tikinti işləri 1 il və ya ilyarım davam edəcək.

Yolun uzunluğu 98 km-dir, onun 68 km-i Türkiyənin, 30 km-i isə Gürcüstanın payına düşür. İlkin hesablamalara görə, layihənin həyata keçirilməsinə 400 mln dollar, o cümlədən Qarsdan Axalkalakiyə qədər qolun tikintisinə 250 mln dollar, Axalkalakidən Tbilisiyə qədər qolun tikintisinə isə 150 mln dollar tələb olunur.

Xəbər lenti

Xəbər lenti