...

NƏQLİYYAT NAZİRLİYİ VƏ AVROPA YENİDƏNQURMA VƏ İNKİŞAF BANKI BAKI-SAMUR AVTOMOBİL YOLUNUN TİKİNTİSİ LAYİHƏSİ ÜZRƏ KREDİT RAZILAŞMASI İMZALAYIB

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Sentyabr 2005 14:05 (UTC +04:00)

Sentyabrın 29-da Quba rayonunda Azərbaycanın Nəqliyyat Nazirliyi və Avropa İnkişaf və Yenidənqurma Bankı (AYİB) Bakı-Samur (Rusiya sərhəddi) avtomobil magistralının rekonstruksiyası layihəsinn maliyyələşdirilməsi üzrə kredit razılaşması imzalayıblar. Bu barədə Trend ə nəqliyyat nazirinin katibi Namiq Həsənov məlumat verib.

Onun sözlərinə görə, sənədi Azərbaycan tərəfdən nəqliyyat naziri Ziya Məmmədov, AYİB tərəfdən bankın nəqliyyat departamentinin rəisi Rikardo Puliti imzalayıb. Mərasimdə Nazirliyin nümayəndələri və AYİB-in nümayəndələri Lin Oqregi, Reymond Konvey və digərləri iştirak edib.

AYİB həmin magistralın Sumqayıtdan Corat qəsəbəsinədək yolunun modernləşdirilməsi və yenidən qurulmasının maliyyələşdirilməsi layihəsinə $100 mln. ayıracaq. Bank krediti 15 il müddətinə 3 iilik güzəştlə və LIBOR+1% dərəcəsi ilə ayırır. Bakı-Samur magistralının ümumi uzunluğu təxminən 197 km.-dir.AYİB bu yolu 28 km-dən 89 km.-dək maliyyələşdirir.Qalan sahənin maliyyələşdirilməsini Çexiyanın Eximbank-ı həyata keçirəcək.Bank layihənin gerçəkləşdirilməsinə 14 il müddətinə 4 illik güzəştlə, LIBOR+0,6% faiz dərəcəsi ilə $180 mln. həcmində kredit ayırır.Layihənin ümumi dəyəri $280 mln. olaraq qiymətləndirilir.

AYİB yardımının alıcısı Nəqliyat nazirlyinin yol-nəqliyyat xidmətləri Departamentidir. Bu idarə ölkədəki avtomobil yollarının 18,723 min kilometrini idarə edir və xidmət göstərir.Layihə çərçivəsində departamentin 4-6 regional şöbəsi yaradılacaq, xidmət haqqında (service level agreement) saziş tətbiq ediləcək ki, bu da yol işinə yerli potensialın cəlb edilməsinə imkan verəcək.Belə müqavilələrin paylaşdırılmasına nəzarət yol məsləhətləşmələri Şurası (Road Advisory Board) tərəfindən həyata keçiriləcək. Müqavilələrin işlənib-hazırlanması üçün texniki yardım cəlb ediləcək.

Xəbər lenti

Xəbər lenti