...

DB-NİN LAYİHƏ RƏHBƏRİ BAKIYA SƏFƏRƏ GƏLƏCƏK

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Sentyabr 2005 11:24 (UTC +04:00)

Oktyabrın 8-də Dünya Bankının (DB) layihə rəhbəri Sonia Bratoviç Bratanoviç "Maliyyə sektoruna texniki yardım" layihəsinin icrası və yaxınlarda icrasına başlanacaq "Maliyyə xidmətlərinin inkişafı" layihəsi üzrə görülən işlərlə əlaqədar olaraq Bakıya səfərə gələcək. Bankın Bakı nümayəndəliyindən Trend xəbər agentliyinə verilən məlumata görə, oktyabrın 16-na kimi davam edəcək səfər müddətində DB-nin nümayəndəsinin "Maliyyə sektoruna texniki yardım" layihəsinin icrasını həyata keçirən Maliyyə Nazirliyi və Milli Bankda olması və layihə çərçivəsində görülən işlərlə tanış olması nəzərdə tutulub. Səfər çərçivəsində S.B.Bratanoviçin, həmçinin, Milli Bank və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində keçirəcəyi görüşlərdə "Maliyyə xidmətlərinin inkişafı" layihəsinin icrasına başlanılması ilə bağlı həyata keçirilən tədbirlərlə əlaqədar müzakirələr aparılacaq.

Qeyd edək ki, 2001-ci ilin iyunundan 2006-cı ilin martına kimi həyata keçirilən "Maliyyə sektoruna texniki yardım" layihəsinə DB tərəfindən 5,4 milyon dollar kredit ayrılıb. Layihənin məqsədi Azərbaycan hökumətinə bankların restrukturizasiyası, bank infrastrukturunun gücləndirilməsi və maliyyə sektoru üzrə strategiyanın hazırlanmasına yardım göstərməkdən ibarətdir. "Maliyyə xidmətlərinin inkişafı" layihəsi 2005-ci ilin əvvəlində DB-nin Direktorlar Şurasında təsdiqlənmiş və bank tərəfindən layihənin icrasına 12 milyon 250 min dollar ayrılmışdır. Layihə çərçivəsində ölkənin rayonlarında maliyyə xidmətlərinin göstərilməsinin genişləndirilməsi üçün "Azərpoçt" şəbəkəsinin infrastrukturu təkmilləşdiriləcək, həmçinin, ölkədə milli ödəniş sisteminin arxitekturasının tamamlanması işləri həyata keçiriləcək.

DB-nin həyata keçirdiyi layihələr çərçivəsində kreditlər ilk 10 ili ödənişsiz olmaqla 35 il müddətinə və illik 0,75%-lə ayrılır.

Xəbər lenti

Xəbər lenti