...

AZƏRBAYCAN İLK DƏFƏ OLARAQ AVROPANIN TİCARƏT-SƏNAYE PALATALAR BİRLİYİNİN İCLASINDA TƏMSİL OLUNUB

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Sentyabr 2005 11:53 (UTC +04:00)

Azərbaycan sentyabrın 30-da Stavangerdə (Norveç) keçirilən Avropanın Ticarət-Sənaye Palatalar Birliyinin (Eurochambres) iclasında ilk dəfə təmsil olunub. Bu barədə Trend ə Azərbaycanın Ticarət-Sənaye Palatasının vitse-prezidenti Mehman Əhmədov bildirib.

Onun sözlərinə görə, Azərbaycan təşkilata daxil olduğu 2005-ci ilin may ayından bu günə kimi Avropa Palatasının rəyasət heyətinin iclasında ilk dəfə iştirak edərək səs vermək imkanı əldə edib.

Hazırda təşkilata Türkiyə sədrlik edir, onun prezidenti isə bu ölkənin Ticarət-Sənaye Birliyinin rəhbəri Rifat Hisarçıklıoğludur. Rəyasət heyətinin iclasında təşkilata üzv ölkələrin ticarət-sənaye palatalarının gələcək əməkdaşlığı, Avropanın işgüzar aləminə inteqrasiya ilə bağlı məsələlər müzakirəyə çıxarılıb.

Xəbər lenti

Xəbər lenti