...

BAKIDA AZƏRBAYCAN-FİNLANDİYA BİZNES-FORUMU AÇILIB

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Sentyabr 2005 15:29 (UTC +04:00)

Sentyabrın 30-da Bakıda Azərbaycan-Finlandiya biznes-forumu öz işinə başlayıb. Trend in məlumatına görə, forumu Azərbaycan və Finlandiya prezidentləri İlham Əliyev və Tarya Halonen açıb. İkitərəfli əlaqələrin inkitşafından danışan prezidentlər sonra ayrı-ayrılıqda daha sıx əməkdaşlıq üçün öz ölkələrinin imkanlarını qeyd ediblər.

Finlandiyanın ticarət və sənaye naziri Mauri Pekkarinen Azərbaycana kapilan qoyuluşunda Finlandiyanın maraqlı olduğunu bildirib.

Azərbaycanın iqtisadi inkişaf naziri Fərhad Əliyev qeyd edib ki, Finlandiyanın nümayəndə heyətinin, eləcə də, işgüzar dairələrinin Azərbaycana Cənubi Qafqaza səfər çərçivəsində həyata keçirilir və bu da qonaqlara Azərbaycanın regionda ən çox inkişaf etmiş ölkə olduğuna əmin olmaq şansı verir. Nazir onu da bildirib ki, Azərbaycanın dövlət borcu müqayisə ediləcək dərəcədə böyük deyil və ölkənin ÜDM-nun 15 %-ni təşkil edir. 8 ayın yekunlarına görə (2004-cü ilin analoji dövrü ilə müqayisədə) respublikada mal dövriyyəsinin artımı 22% təşkil edib. Onun sözlərinə görə, hazırda Nobel, Wartsila Finland Oy və digər fin şirkətləri ilə uğurlu əməkdaşlıq barədə misallar göstərmək olar.

Nazir Azərbaycana qoyulan 26 milyard dollarlıq investisiyadan 19 milyardı xarici kapital qoyuluşlarının payına düşür.

Forumun işində hər iki dövlətin biznes strukturlarının gəmiçilik iqtisadiyyatı, sərinləşdirmə sistemlərinin istehsalı, bank sektoru, boru istehsalı, kimya sənayesi, səhiyyə kimi sahələri təmsil edən100-dən artıq nümayəndəsi iştirak edib.

Xəbər lenti

Xəbər lenti