...

2006-2015-Cİ İLLƏRDƏ YOXSULLUĞUN AZALDILMASI DÖVLƏT PROQRAMININ ƏSAS PARAMETRLƏRİNİN İŞLƏNİB-HAZIRLANMASI BAŞA ÇATDIRILIB

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Sentyabr 2005 16:03 (UTC +04:00)

Azərbaycan 2006-2015-ci illərdə Azərbaycanın sabit inki şafı və yoxsulluğun azaldılması Dövlət proqramının əsas parametrlərinin işlənib-hazırlanmasını başa çatdırıb.İqtisadi inkişaf naziri Fərhad Əliyev Trend ə bildirib ki, yaxın vaxtlarda bunlar baxılmaq üçün müvafiq hökumət komissiyasına təqdim ediləcək. "Dövlət proqramının öz konsepsiyası ilin sonunadək işlənib-hazırlanacaq.Hazırda bunun gerçəkləşdirilməsinin dəyərini demək çətindir, belə ki, proqram gerçəkləşdirməni 10 il müddətində nəzərdə tutur.Amma gələn il büdcə çərçivəsində bu məqsədlə $ 2 mlrd. nəzərdə tuturuq, bunun da $1 mlrd.-nı xarici borc təşkil edəcək, qalanı isə büdcədən və digər mənbələrdən maliyyələşdiriləcək" -deyə nazir qeyd edib.

On illik proqram dörd illik iş planlarının işlənib-hazırlanmasını nəzərdə tutur.Büdcə sistemi haqqında Qanuna müvafiq olaraq planlar 1+3 sxemi üzrə, yəni illik dəqiqləşdirilmə ilə cari və üç növbəti illər olaraq həyata keçiriləcək.

Xəbər lenti

Xəbər lenti