...

AZƏRBAYCAN YOXSULLUĞUN AZALDILMASI ÜZRƏ MİNİLLİYİN İNKİŞAFI MƏRAMLARINI ARTIQLAMASİLƏ YERİNƏ YETİRMƏYİ PLANLAŞDIRIR

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Sentyabr 2005 16:27 (UTC +04:00)

Azərbaycan yoxsulluğun azaldılması üzrə BMT-nin minilliyin inkişafı Məramlarını artıqlaması ilə yerinə yetirməyi planlaşdırır.İqtisadi inkişaf naziri Fərhad Əliyev Trend ə bildirib ki, Məramlarla 2015-ci ilədək yoxsulluğun ikiqat azaldılması şərtləndirilir.

"İlk yoxsulluğun azaldılması proqramı 2002-ci ildə Azərbaycanda işlənib-hazırlanmışdı və 2003-2005-ci illərdə gerçəkləşdirilməyə başlanmışdı.Dövlət proqramının gerçəkləşdirilməyə başladığı zamanda ölkə əhalisinin 49%-i yoxsulluq həddində yaşayırdı.BMT-nin minilliyin inkişafı Məramlarından çıxış edərək 2015-ci ilədək dünyada yoxsulluq iki dəfə azaldılmalıdır.Azərbaycan üçün bu göstərici yoxsul əhalinin maksimum 24%-dir.Amma yoxsul əhalisinin sayı çox olan ölkənin iqtisadi artım tempi 5%-10% həddindədir.Azərbaycanın yüksək iqtisadi artım tempi bizə ümid etməyə əsas verir ki, 2015-ci ilədək Azərbaycanda yoxsulluğun səviyyəsini iki dəfədən də artıq azalda biləcəyik" -deyə F.Əliyev qeyd edib.

Cari ildə yoxsulluq səviyyəsinin 4-5% azaldılması planlaşdırılır. Gələn il yoxsulluq həddinin azaldılması təxminən həmin səviyyədə həyata keçiriləcək.

Xəbər lenti

Xəbər lenti