...

BMT NÜMAYƏNDƏ HEYƏTİNİN AZƏRBAYCANA SƏFƏRİ BAŞA ÇATIR

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Sentyabr 2005 18:50 (UTC +04:00)

Sentyabrın 30-da BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (Food and Agriculture Organization of the United Nations FAO) nümayəndəsi Stepan Tanikin Azərbaycana səfəri başa çatır. Kənd Təsərrüfatı Nazirliyindən Trend ə verilən məlumata görə, səfər zamanı o, regional kənd təsərrüfatı İdarəsi, elmi aqrar mərkəz, eləcə də bağçılıq və subtropik bitkilər üzrə dövlət strukturları ilə tanış olmaq, eləcə də fermer təsərrüfatların informasiya və monitorinq sisteminin təşkilinə texniki yardımla bağlı dəyəri 276 min dollar olan yeni layihə ilə bağlı pilot təsərrüfatı müəyyən etmək üçün üçün Quba rayonunda olub.

Layihənin əsas məqsədi fermer təsərrüfatlarının səmərəliliyinin qiymətləndirilməsi, eləcə də yuxarıda göstərilən obyektlərdə keçirilən tədbirlər üzrə informasiyaların daxil edilməsi üçün məlumat bazası sisteminin yaradılmasından ibarətdir.

Adı çəkilən layihənin rəhbəri olan Stepan Tanikin səfəri çərçivəsində kənd təsərrüfatı naziri İsmət Abbasovun görüşü keçirilib. Görüş zamanı yeni layihə ilə bağlı məsələlər müzakirə olunub.

Nazirlikdən həmçini bildiriblər ki, bu layihə çərçivəsində FAO-nun növbəti missiyası 3 aydan sonra gözlənilir. Həmin vaxt layihənin reallaşdırılmasına başlamaq planlaşdırılıb.

Xəbər lenti

Xəbər lenti