...

AZƏRBAYCAN MİLLİ BANKI YENİDƏN MALİYYƏLƏŞMƏ TARİFİNİ ARTIRIB

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Oktyabr 2005 11:00 (UTC +04:00)

Azərbaycan Milli Bankının idarə heyəti oktyabrın 1-dən yenidən maliyyələşmə tarifinin 1% artırılmasına dair qərar qəbul edib. Bu barədə Trend ə bankdan məlumat verilib. Beləliklə, hesabat tarixindən etibarən yenidən maliyyələşmə tarifi 8% deyil, 9% təşkil edəcək.

Bu artım manat aktivlərinin yığılması prosesini sürətləndirərək inflyasiya təzyiqinin azalmasına, həmçinin, pul bazarında tələb və təklif arasında balansın yaranmasına imkan verəcək.

Cari ildə AMB yenidən maliyyələşmə dərəcəsini iki dəfə artırıb. 2005-ci il mayın 23-də bank dərəcənin 7%-dən 7,5%-ə qədər 0,5% artırılmasına dair qərar qəbul edib. 2005-ci il iyulun 1-dən isə bu göstərici 8%-ə çatdırılıb.

Bankdan bildirildiyi kimi, "Azərbaycan Respublikasında antiinflyasiya tədbirlərinin gücləndirilməsi" haqqında prezidentin 31 may 2005-ci il tarixli fərmanına uyğun olaraq AMB tərəfindən həyata keçirilən tədbirlər nəticəsində cari ilin birinci rübündə xeyli artmış inflyasiya göstəricisi ikinci rübdə aşağı düşüb, avqust ayında isə 1,6% təşkil edib.

Xəbər lenti

Xəbər lenti