...

"BANK OF BAKU" KB ASC ƏHALİNİN ƏMANƏTLƏRİNİ CƏLB ETMƏK ÜÇÜN YENİ KAMPANİYA TƏQDİM EDİR

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Oktyabr 2005 12:37 (UTC +04:00)

Cari ilin oktyabrın 1-dən dekabrın 20-dək "Bank of Baku" əhalinin əmanətlərinin cəlb edilməsi üçün "Unudulmaz Yeni il" kampaniyası keçirir.

Bankda Trend ə bildirilib ki, kampaniyanın şərtlərinə əsasən, "Bank of Baku"da ("Universal", "Gənc sahibkar", "Mənim ailəm", "IIP konstruktor", "Pensiyaya hazırlıq", "Təmin olunmuş pensiyaçı") depozit hesabı açmış fiziki şəxs avtomatik olaraq onun iştirakçısı olur və müqavilə müddətindən asılı olaraq öncədən ödənmiş əmanət məbləğinin 2 %-dək məbləğində bonuslar alır.

Kampaniyanın əsas xüsusiyyətlərindən biri də 3 Super prizdən birinin udulmasıdır: Yeni ilqabağı dünyanın üç ən gözəl şəhərlərindən birinə putyovka - London, Praqa və Moskva.

Kampaniyanın qalibləri öz uduşlarını razılaşma əsasında yaxın qohum və ya dostlarına verə bilərlər.Həmçinin səyahətin müddət vaxtı 2006-cı ilin yanvarın sonunadək keçirilə bilər.

Xəbər lenti

Xəbər lenti