...

BAKIDA AZƏRBAYCAN-LATVİYA BİZNES-FORUMU KEÇİRİLİB

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Oktyabr 2005 18:31 (UTC +04:00)
BAKIDA AZƏRBAYCAN-LATVİYA BİZNES-FORUMU KEÇİRİLİB

Bu gün Bakıda Azərbaycan-Latviya biznes-forumu keçirilib. Trend bildirir ki, forumda Latviyadan 50 və Azərbaycandan 150 sahibkar iştirak edib. İxrac və investisiyaların təşviqi Fondunun rəhbəri Emil Məcidov forumda Latviya sahibkarları üçün Azərbaycan iqtisadiyyatının təqdimatını keçirib.Təqdimatda o, qeyd edib ki, Azərbaycanın neft ölkəsi olmasına baxmayaraq qeyri-neft sektorundakı artım neftin analoji göstəricisini ötərək 15% təşkil edir.

O,həm də qeyd edib ki, Azərbaycan əhalisinin gəlirlərinin artımı ildə 20-22% təşkil edir. Həmin göstərici yaxın bir neçə ildə 20-25% təşkil edəcək.O, iştirak edənləri Azərbaycanın da cəlb olunduğu əsas nəqliyyat layihələri, xüsusilə Mərkəzi Asiya və Avropanı Azərbaycanla bərə məlumatı vasitəsilə birləşdirən dəhliz layihəsi, eləcə də Şimal-Cənub layihəsi ilə tanış edib və qeyd edib ki, Latviya da həmin layihədə maraqlı ola bilər.

O, həm də qeyd edib ki, 2005-ci ildə ÜDM-nin artımı 20% təşkil edir, həmin göstərici 2006-cı ildə 26-30% səviyyəsində planlaşdırılır. O, iştirak edənləri Azərbaycanın investisiya mühiti ilə tanış edib və qeyd edib ki, qanunvericilikdə xarici sərmayəçilərə mənfəətin repatriasiyası azadlığı üçün zəmanət vardır. 10 il ərzində Azərbaycanda mənfəət vergisi sabit olaraq azaldılıb, (hazırda 24% təşkil edir).O, qeyd edib ki, həmin verginin 22%-dək azaldılması planlaşdırılır.

Latviya investisiya və inkişaf agentliyinin rəhbəri Andris Ozols qeyd edib ki, son 7 il ərzində Latviyanın iqtisadi artımı 7%, 2005-ci ilin birinci yarımilində 9,5%, III rübündə isə 11% təşkil edib ki, bu da Latviyya Aİ-də həmin göstərici üzrə lider mövqe tutmağa imkan verir.

Forumda Latviya sahibkarları bank sektoru, IT, energetika, rabitə, qida sənayesi, nəqliyyat, ekologiya və tullantıların emalı, kimya, tikinti, mehmanxana biznesi, hüquqi məsləhətləşmələr, ticarət və turizmi təqdim edib.

Xəbər lenti

Xəbər lenti