...

MİLLİ BANKIN VALYUTA EHTİYATLARI 16,99% ARTIB

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Oktyabr 2005 11:01 (UTC +04:00)

Azərbayan Milli Bankının valyuta ehtiyatları $1 025,81 mln təşkil edir. AMB-dən Trend ə verilən məlumata görə, cari ilin 9 ayı ərzində bu göstərici 16,99% artıb. İlin əvvəlinə olan vəziyyətə görə, həmin göstərici $876,86 milyona bərabər olub.

"Cari ilin 3 rübü ərzində Beynəlxalq Valyuta Fondu borcların ödənilməsinə $42,04 mln sərf edib. Bu xərclər nəzərə alınmadan ölkənin valyuta ehtiyatları $191 mln təşkil edir", - deyə bankdan bildirilib.

Bu dövr ərzində milli valyutanın məzənnəsi 309 manat və 6,3% möhkəmlənib ki, bu da hesabat dövrünü $1=4593 manat göstəricisi ilə başa vurmağa imkan verib.

Xəbər lenti

Xəbər lenti