...

GÖMRÜK KOMİTƏSİ YEVLAXDA İNZİBATİ BİNA TİKDİRİR

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Oktyabr 2005 12:35 (UTC +04:00)

Dövlət Gömrük Komitəsi (DGK) Yevlaxda Gömrük İdarəsi üçün inzibati bina tikdirir. DGK-dən Trend ə verilən məlumata görə, bu məqsədlə artıq müvafiq tender elan edilib.

Bu tikintidə marağı olan şirkətlər öz tender təkliflərini oktyabrın 31-nə kimi təqdim etməlidirlər. Təklifəlr paketini Komitədə noyabrın 1-də açılacaq.

Komitədən həmçinin bildiriblər ki, tikinti işləri 2006-cı ilin ikinci rübündə başa çatmalıdır.

Bununla yanaşı Komitə DGK-nin Hava Nəqliyyatı Baş Gömrük İdarəsinin layihə-smeta və tikinti-quraşdırma işlərilə bağlı sənədlərin hazırlanması üzrə iş aparır. 3 mərtəbəli inzibati bina Bakının Əzizbəyov rayonunu ərazisində yerləşir. Buradakı tikinti işləri də gələn ilin ikinci rübündə başa çatdırılmalıdır.

Xəbər lenti

Xəbər lenti