...

ABŞ-IN AZƏRBAYCANDA REALLAŞDIRACAĞI LAYİHƏLƏR MÜZAKİRƏ OLUNUR

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Oktyabr 2005 12:47 (UTC +04:00)

Oktyabrın 3-də Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abbasovun Velmont şirkətinin nümayəndələri ilə görüşü keçirilib. Kənd Təsərrüfatı Nazirliyindən Trend ə verilən məlumata görə, şirkətin nümayəndələri Azərbaycanda 3 layihənin - Azersun Holding-lə şəkər çuğunduru, MKT və GTS şirkətləri ilə pambıqçılıq üzrə layihələri həyata keçitrmək niyyətindədir.

Nazirlikdən bildiriblər ki, gələn ildə başlanması planlaşdırılan pilot layihəsinə görə, çuğundur və pambıq toxumu becərmək məqsədilə 250 hektar sahə ayrılması nəzərdə tutulub. Texnika və gübrələr Valmont şirkəti tərəfindən veriləcək. Pilot layihələr üçün sahə və ərazi Kənd Təsərrüfatı Nazirliyi tərəfindən ayrılacaq.

"Əgər pilot layihələr öz səmərəliliyini göstərərsə, o zaman 2007-ci ildə əkin sahəsi artırılaraq 10-11 min hektara çatdırılacaq", - deyə dövlət strukturundan bildiriblər.

İsmət Abbasovla görüşdə layihələr çərçivəsində reallaşdırılması nəzərdə tutulan tədbirlərin nüansları müzakirə olunub.

Xəbər lenti

Xəbər lenti