...

PA CONSULTING GROUP OKTYABRIN SONUNA KİMİ PİLOT LAİYHƏSİNİ BAŞA ÇATDIRACAQ

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Oktyabr 2005 13:50 (UTC +04:00)

PA Consulting Group"un tərkibinə daxil olan PA Government Servİce Inc." Azərbaycanın isitmə təsərrüfatındakı problemlərin həlli strategiyası kimi nəzərdə tutulan pilot layihəsini oktyabrın 25-30-na kimi başa çatdırmaq niyyətindədir. Bu barədə Trend ə şirkətdən məlumat verilib.

Layihənin reallaşdırılması üçün Sabunçu rayonundakı Z.Şərifov küçəsindəki 22 saylı ev seçilib və burada qazanxananın tikintisi və isitmə sistemlərinin yenidən qurulması üzrə işlər həyata keçirilir.

Layihənin həyata keçirilməsində məqsəd strategiyada tövsiyyə olunan təkliflərin həyata keçirilməsi reallığını təcrübədə nümayiş etdirmək, səmərəli lokal isitmə təchizatı sistemləri yaratmaq, elektrik enerjisindən qənaətli və məqsədəuyğun istifadə tədbirlərinin reallaşdırılması, kommunal sektorda yeni idarəetmə formalarının tətbiqindən və s. ibarətdir.

PA Consulting şirkəti Azərbaycan hökumətinə ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyələşdirdiyi "Azərobaycanın iqtisadi sektoruna texniki yardım göstərilməsi" layihəsi çərçivəsində isitmə strategiyası təklif edib. Layihə çərçivəsində isitmə sisteminin özəl sektora verilməsi təklif olunur.

Xəbər lenti

Xəbər lenti