...

30-A YAXIN AZƏRBAYCAN VƏ RUMINİYA ŞİRKƏTİ ƏMƏKDAŞLIĞIN PERSPEKTİVLƏRİNİ NƏZƏRDƏN KEÇİRƏCƏK

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Oktyabr 2005 14:20 (UTC +04:00)

Azərbaycanı və Rumıniyanın 30-a yaxın şirkəti oktyabrın 6-da "Diplomat" otelində təşkil olunan biznes-forumda əməkdaşlığın yeni perspektivlərini nəzərdən keçirəcəklər. Bu barədə Trend ə "Sahibkarlar təşkilatlarının Milli Konfederasiyası"ndan (ASMK) məlumat verilib.

Forumda iştirak etmək üçün oktyabrın 5-də rumın-Azərbaycan Ticarət Palatasının sədri Georgi Draqomirin başçılıq etdiyi nümayəndə heyəti Bakıya gələcək. Rumın-Azərbaycan nümayəndə heyətinin tərkibinə nəqliyyat, infrastruktura, energetika, quru meyvələrin istehsalı, un və un məhsulları, dəmiryol infrastrukturu, qazma texnologiyası və s. sahələri təmsil edən müxtəlif hökumət və özəl şirkətlərin nümayəndələri daxildir.

Azərbaycan tərəfdən foruma müxtəlif nazirliklərin, idarələrin və dövlət komitələrinin nümayəndələri dəvət olunub. Forumun təşkilatçıları rumın-Azərbaycan Ticarət Palatası və Azərbaycan sahibkarları təşkilatlarının Milli Konfederasiyasıdır.

G.Draqomirin Azərbaycan hökumətində ayrı-ayrı görüşlər keçirməsi də nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti