...

SENTYABRDA BAKI BANKLARARASI VALYUTA BİRJASI REKORD VURUB

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Oktyabr 2005 15:06 (UTC +04:00)

Bakı Banklararası Valyuta Birjası (BBIB) valyuta bölməsində ticarətin yekunlarına görə banklar beşliyini- 2005-ci ilin sentyabrında Azad Konversiya olunan Valyuta (AKV) birja bazarının aparıcı operatorların müəyyənləşdirib. Birjadan Trend ə verilən məlumata görə, birja valyuta bazarının aparıcı lider bankları sırasına valyuta böləmsində ümumi ticarət dövriyyəsində onların bağaladıqların sazişlərin payına müvafiq olaraq Azərbaycan Beynəlxalq Bankı (33,08%), Rabitabank səhmdar-kommersiya bankı (27,29%), Bank Standard qapalı səhmdar cəmiyyəti (5,51%), Bank of Baku səhmdar kommersiya bankı (3,61%) və Azerigazbank səhmdar investisiya bankı (3%) daxil olub.

"2005-ci ilin sentyabrında BBIB valyuta bölməsindəki ticarətdə cəmisi 28 bank iştirak edib. Hesabat ayında Elektron Birja Sistemində (BEST) 44 ticarət sessiyası keçirilib və 118 sövdələşmə qeydiyyatdan keçib. Sentyabrda dollarla alış-verişin həcmi 499,088 milyrd. Manat və ya108,781 milyn. dollar təşkil edib", - deyə birjadan bildiriblər.

Sentyabrda RUR ilə alış-verişin həcmi 459,107 milyn. manat təşkil edib. Ötən ayla müqayisədə sentyabrda valyuta bbölməsində alış- verişin həcmi 3,33 dəfə və ötən ilin sentyabr aüyının göstəricəiləri ilə müqayisədə 12,68% artıb. Ümumilikdə, BBIB valyuta bölməsində 2005-ci ilin yanvar-senytabr aylarında dövriyyə 561,218 miyon dollara bərabər olub.

Xəbər lenti

Xəbər lenti