...

AZƏRBAYCANDA 35 MİN SAHİBKARIN NƏZARƏT KİTABI VARDIR

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Oktyabr 2005 15:18 (UTC +04:00)

Azərbaycanda 35 min sahibkarın nəzarət kitabı vardır.İqtisadi inkişaf naziri Fərhad Əliyev Trend ə bildirib ki, hazırda nəzarət kitablarının verilməsi üzrə iş fəal həyata keçirilməkdə davam edir.

"İlk yarımilin yekunlarına əsasən verilən nəzarət kitablarının göstəricisi ötən ilin analoji dövrü ilə müqayisədə 22% yüksəkdir" - deyə F.Əliyev qeyd edib.

Nazirin sözlərinə görə, bu kitabların alınmasına həmişə maraq vardır, belə ki, bunlar sahibkarları qeyri-hüquqi fəaliyyətdən, qeyri-qanuni yoxlamalardan və qeydiyyatdan müdafiə edir.

Nazir həm də qeyd edib ki, 2003-cü illə müqayisədə 2005-ci ildə yoxlamaların sayı azaldılıb, amma bu illərin ilk rüblərini müqayisə etsək onda 2005-ci ildə həmin göstərici artıb. "Amma bu faktları əksər hallarda müdaxilə adlandırmaq olmaz, bu, adi yoxlamalardır.Heç də həmişət düşünmək olmaz ki, sahibkar haqlıdır, yoxlama orqanları isə yox, belə ki, sahibkarlar tərəfindən də pozuntular baş verir" -deyə nazir qeyd edib.

Nəzarət kitabları 1999-cu ildən dövriyyəyə buraxılıb, sonra Nazirlər Kabinetinin qərarı ilə 2004-cü ildənnəzarət kitablarını iqtisadi inkişaf nazirliyi verir.

Nəzarət kitablarında müxtəlif orqanlar tərəfindən aparılan bütün yoxlama faktları sonradan keçiriləcək monitoriq üçün qeyd olunur.

Hazırda iqtisadi inkişaf nazirliyinin mütəxəssisləri həyata keçiriləcək yoxlamalara cəlb edilməlidir. "Yarımildə bir dəfə biz prezident qarşısında monitorinqin nəticələri barədə hesabat veririk" - deyə nazir qeyd edib.

Xəbər lenti

Xəbər lenti