...

BAKI FOND BİRJASININ YEKUN DÖVRİYYƏSİ 1,5 TRİLYON MANAT TƏŞKİL EDİB

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Oktyabr 2005 16:09 (UTC +04:00)

2005-ci ilin yanvar sentyabr aylarnıda Bakı Fond Birjasının ümumi dövriyyəsi 1 432 327 280 475 manat təşkil edib. 2004-ci ilin müvafiq dövrünün göstəriciləri 203 976 050 358 manat olub. BFB-dan Trend ə verilən məlumata görə, 2005-ci il ərzində birjanın bütün dövriyyəsi 467 354 495 643 manat təşkil edib. Beləliklə, BFB-nın dövriyyəsi 9 ay ərzində ötən ilin analoji dövründəki göstəricini 7 dəfədən çox ötüb.

Bu dövr ərzində Milli Bankda notların yerləşdiirlməsi həcmi 573 129 453 600 manat təşkil edib. Notlar üzrə ikinci bazar dövriyyəsi 73 673 529 200 manat olub.

Səhmlərin yerləşdirilməsi həcmi 157 850 857 000 manat təşkil edib. 2004-cü ilin yanvar-sentyabr aylarında isə səhmlərin yerləşdirilmə si həcmi 13 206 138 000 manat təşkil edib. Nəzərdən keçirdiymiz dövr üçün səhmlərin ikinci bazarda alış-veriş həcmi 20 285 273 702 manat (2004-cü ilin müvafiq dövrü üçün bu göstərici 2 236 198 1001 manat olub) təşkil edib.

Bu dövr ərzində korporativ istiqrazların yerləşdirilməsi həcmi 10 893 069 561 manat (2004-cü ilin yanvar-sentyabr aylarında 54 920 774 858 manat məbləğində istiqrazlar yerləşdirilib) təşkil edib. Bu seqment üzrə ikinci bazarda alış-verişin həcmi 4 396 744 665 manat, ötən ilin yanvar-sentyabrında bu göstərici 21 757 417 500 manat təşkil edib.

Xəbər lenti

Xəbər lenti