...

AZƏRBAYCAN MDB VƏ BALTİK ÖLKƏLƏRİNİN TARİF ŞURASINA 2006-CI İL ÜÇÜN TARİF SİYASƏTİ PROTOKOLU İLƏ BAĞLI ÖZ RƏYİNİ BİLDİRİB

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Oktyabr 2005 16:17 (UTC +04:00)

Azərbaycan mənzil qərargahı Kiyevdə yerləşən MDB və Baltik ölkələrinin tarif Şurasına bu ölkələrin ekspertlərinin hazırladıqları 2006-cı il üçün tarif siyasət protokolu ilə bağlı rəsmi rəyini bildirib. Bu barədə Trend ə Azərbaycan Dövlət Dəmiryol idarəsindən bildirilib.

Protokol ölkənin müvafiq orqanları tərəfindən müzakirə edilib və bir sıra məsələr üzrə rəy və təkliflərin əks olunduğu yekun sənəd hazırlanıb.

Protokol MDB və Baltik ölkələrinin dəmiryol idarələri rəhbərlərinin 2006-cı il üçün tarif siyasətinə dair oktyabrın 18-də Tallində keçiriləcək iclasında müzakirə olunacaq. Azərbaycanı idarənin sədri Arif Əsgərovun rəhbərlik etdiyi nümayəndə heyətinin təmsil edəcəyi gözlənilir.

Xəbər lenti

Xəbər lenti