...

BVF YAXIN ŞƏRQ VƏ MƏRKƏZİ ASİYA ÖLKƏLƏRİ İQTİSADİYYATININ GERÇƏKLİK VƏ PERSPEKTİVLƏRİNİN TƏHLİLİNİ TƏQDİM EDİB

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Oktyabr 2005 16:20 (UTC +04:00)

Beynəlxalq valyuta fondu (BVF) Yaxın Şərq və Mərkəzi Asiya ölkələri iqtisadiyyatının gerçəklik və perspektivlərinin təhlilini təqdim edib. Trend bildirir ki, hesabatı BVF-nin Yaxın Şərq və Mərkzəi Asiya ölkələri üzrə Departamenti direktorunun müavini Culian Berenqot (Julian Berengaut) təqdim edib. Təhlil üç əsas hissədən ibarətdir: dünya iqtisadiyyatının son proses və perspektivlərinin qiymətləndirilməsi, Yaxın Şərq və Mərkəzi Asiya regionunda iqtisadiyyatın proses və perspektivlərinin qiymətləndirilməsi, eləcə də real məzənnənin təzyiqinə həsr olunmuş hissə.

C. Berenqotun sözlərinə görə, regionun bütün ölkələrində milli valyutanın məzənnəsi sabit olub.Burada yalnız Ermənistan istisna təşkil edir.C. Berenqot həm də qeyd edib ki, mübadilə məzənnəsinin bahalaşmasına, xüsustlə ixrac həcminin xeyli artırılması, kapital axını kimi bir sıra amillər təsir edir ki, bu da valyuta ehtiyatlarının kəskin artımına gətirib çıxarır.onun proqnozuna əsasən, mübadilə məzənnəsinin bahalaşması prosesi bu regionun ölkələrində bunun üçün əlverişli şərait hesabına davam edəcək.

Ekspertin sözlərinə görə, BVF Azərbaycanda valyutanın real mübadilə məzənnəsi tənzimlənməsinin balanslaşdırılmış siyasəti tərəfdarıdır.Hazırda Azərbaycanda sabit mübadilə məzənnəsi fonunda müşahidə edilən inflyasiyanın səviyyəsi kifayət qədər yüksəkdir. C.Berenqot həm də qeyd edib ki, regionun digər ölkələri kimi Azərbaycan da ehtiyatlı büdcə siyasəti keçirir ki, bu da real məzənnənin bahalaşmasının məhdudlaşdırılmasına gətirib çıxarır.

BVF-nin işləyib-hazırladığı təhlildə həm də qeyd olunur ki, regionun ölkə hökumətləri inflyasiya göstəricisinin azaldılması məqsədilə monetar tədbirlər keçirməli, daxili istehsalın inkişafı üçün struktur islahatlar həyata keçirməli, maliyyə sektorunda innovasiya gerçəkləşdirməlidir və s.

Xəbər lenti

Xəbər lenti