...

YERLİ BAZARDA SAXTA SEMENTİN HƏCMİ 500 MİN TON TƏŞKİL EDİR

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Oktyabr 2005 18:15 (UTC +04:00)
YERLİ BAZARDA SAXTA SEMENTİN HƏCMİ 500 MİN TON TƏŞKİL EDİR

Azərbaycan bazarında saxta sementin həcmi 500 min ton təşkil edir.

Trend in məlumatına görə, bu barədə jurnalistlərə oktyabrın 4-də Garadagh Cement Açıq Tipli Səhmdar Cəmiyyətinin rəhbəri Uve Keller məlumat verib. Onun sözlərinə görə, bu aparılan marketinq araşdırmaları zamanı məlum olub.

Yerli bazarda sementin saxta istehsalından qaçmaq və onun keyfiyyətini yaxşılaşdırmaq məqsədilə müəssisə oktyabrda istehlakçılara 4 ticarət markası altında "Optimal", "Special", "Ekspert" və "Ekspert Plus" kimi yeni sement növlərini göndərəcək.

Müəssisənin satış və marketinq üzrə direktoru Horia Adrian (Horia Adrian) bildirib ki, bundan əvvəlki məhsullardan fərqli olaraq bu ticarət markalarının qablaşdırılmasında fərqlər.

"Optimal" markalı sementin kisələrdə qiyməti 262,7 min AZM (52,54 AYM), açıq şəkildə tonla 240 min AZM (48 AYM), "Special" 309 min AZM (61,94 AYM), açıq şəkildə tonu 279,2 min AZM (55,84 AYM), əsasən çoxmərtəbəli evlərin dəmir-beton konstruksiyalarının tikintisi üçün nəzərdə tutulan "Ekspert" və "Ekspert Plus" yalnız açıq şəkildə satılır və bir tonu 306,012 AZM (61,20 AYM) və 370 min AZM (74 AYM) təşkil edir.

Marketinq direktorunun sözlərinə görə, müəssisə bu il 1,2-1,25 milyon ton həcmində sement istehsal etməyi planlaşdırır. Bundan əvvəlki il bu göstərici 1,3 milyon çox olub.

Xəbər lenti

Xəbər lenti