...

OKTYABRIN 13-15-DƏ KEÇİRİLMƏSİ NƏZƏRDƏ TUTULAN BEYNƏLXALQ KONFRANS TƏXİRƏ SALINDI

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Oktyabr 2005 19:56 (UTC +04:00)

Oktyabrın 13-15-də Bakıda keçirilməsi nəzərdə tutulan Azərbaycanda bank sisteminin inkişafına həsr olunmuş 2-ci beynəlxalq konfrans təxirə salınıb. Bu barədə tədbirin təşilatçılarından biri olan "Azərbaycan-Türkiyə İş Adamları Birliyi"ndən Trend xəbər agentliyinə məlumat verilib. Verilən məlumata görə, tədbir Azərbaycan Milli Bankının (MB) təklifi ilə təxirə salınıb.

Belə ki, MB ölkədə denominasiya ilə bağlı tədbirlərin həyata keçirildiyini, gələn il yanvarın 1-dən denominasiya olunmuş yeni pulların dövriyyəyə buraxılacağını əsas gətirərək konfransın gələn ilin birinci rübündə keçirilməsini təklif edib. Təklifdə həmçinin konfransda denominasiya tədbirlərinin nəticələrinin də müzakirəsi olunması da nəzərdə tutulur.

Qeyd edək ki, konfransın keçirilməsi üçün yaradılmış təşkilat komitəsinə ATİB-dən başqa Azərbaycan Milli Bankı, Azərbaycan Banklar Assosiasiyası, Türkiyə Banklar Birliyi, həmçinin Beynəlxalq Valyuta Fondu, Dünya Bankı və Amerika-Azərbaycan Ticarət Palatasının nümayəndələri də daxildir. 2-ci konfransın "Azərbaycanda bankçılığın və regionların inkişafı" mövzusuna həsr olunması nəzərdə tutulmuşdur.

Qeyd edək ki, "Azərbaycanda bank sisteminin inkişafı" mövzusunda 1-ci beynəlxalq konfrans 2003-cü ilin noyabrında keçirilmişdir.

Xəbər lenti

Xəbər lenti