...

AZƏRBAYCAN VƏ LATVİYA NƏQLİYYAT SEKTORUNDA ƏMƏKDAŞLIĞIN GENİŞLƏNDİRİLMƏSİ MƏSƏLƏSİNİ MÜZAKİRƏ EDİB

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Oktyabr 2005 13:05 (UTC +04:00)

Azərbaycanla Latviya arasında nəqliyyat sektorunda əməkdaşlığın genişləndirilməsi məsələsi Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədovla Latviyanın nəqliyyat və kommunikasiya naziri Aynars Slesersin görüşü zamanı müzakirə olunub. Bu barədə Trend ə Azərbaycanın Nəqliyyat nazirliyindən məlumat verilib.

Görüşün yekunları üzrə tərəflər yüklərin daşınması, avtomobil, hava, su və dəmiryol nəqliyyatı sahəsində əlaqələrin inkişafına dair protokol imzayıb. "Həmçinin, yaxın gələcəkdə Bakı-Riqa və Riqa-Bakı marşrutları üzrə aviareyslərin açılmasının vacibliyi qeyd olunub. Tərəflər əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu bildirib və bu istiqamətdə müvafiq sənədlər hazırlanıb", - deyə nazirlikdə vurğulanıb.

Latviya Azərbaycanın dəmir yollarından, xüsusilə, yüklərin Finlandiyadan Asiya ölkələrinə, İrana, Hindistana və digər ölkələrə daşınması üçün yaxın gələcəkdə həyata keçiriləcək Şimal-Cənub dəhlizindən istifadə edə bilər.

Xəbər lenti

Xəbər lenti