...

AZƏRBAYCANLI MÜTƏXƏSSİSLƏR TƏRƏVƏZÇİLİK SAHƏSİNDƏ DÜNYA TƏCRÜBƏSİNİ ÖYRƏNİRLƏR

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Oktyabr 2005 14:38 (UTC +04:00)

Azərbaycanlı mütəxəssislər Tayvanda tərəvəzçilik sahəsində dünya təcrübəsini öyrənirlər. Kənd Təsərrüfatı Nazirliyinin elmi-aqrar mərkəzindən Trend ə verilən məlumata görə, Tərəvəzçilik institutunun nümayəndələri tərəvəz növləri üzərində təcrübənin aparılmasına həsr olunmuş beynəlxalq seminarda iştirak edirlər.

Mərkəzdə, həmçinin, o da bildirilib ki, Ümumdünya tərəvəzçilik mərkəzi tərəfindən təşkil olunmuş tədbirdə Azərbaycan ilk dəfədir ki, iştirak edir. "Azərbaycanın seminarda iştirakı tədbir təşkilatçısı tərəfindən maliyyələşib", - deyə mərkəzdə vurğulayıblar.

Seminar öz işini oktyabrın 8-də başa vuracaq.

Xəbər lenti

Xəbər lenti