...

CAHANGİR ƏSGƏROV: AZƏRBAYCAN ABŞ, AVROPA VƏ ASİYA ÖLKƏLƏRİNDƏN YÜKDAŞIMALARI ÜZRƏ ƏN İRİ MƏNTƏQƏLƏRDƏN BİRİNƏ ÇEVRİLİR

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Oktyabr 2005 15:14 (UTC +04:00)

"Azərbaycan Hava Yolları" Dövlət Konserninin sədri Cahangir Əsgərovdan Trend in ekskluziv müsahibəsi

Sizin rəhbərliyiniz altında Azərbaycanın aviasiya sahəsində geniş və məqsədyönlü islahatlar aparılır. Heydər Əliyev adına beynqəlxalq hava limanının fəaliyyətinin beynəlxalq tələblərə uyğun qurulması, infrastrukturun inkişafı, təhlükəsizliyin təmin olunması, müasir təyyarələrin, avadanlıqların alınması istiqamətində görülən işlər göz qabağındadır. Bütün bunları nəzərə alaraq, yerli və xarici oxucularımız üçün maraq kəsb edən bir sıra suallara cavab verməyinizi Sizdən xahiş edirik.

- Azərbaycanın aviasiya sisteminin və infrastrukturunun inkişafı istiqamətində AZAL konserni tərəfindən irimiqayslı tədbirlər həyata keçirilir. Bu tədbirlərlə bağlı ətraflı məlumat verməyinizi xahiş edirik.

-Bildiyiniz kimi, Azərbaycan Respublikasının mülki aviasiyasının 2004-2008-ci illər üçün milli inkişaf proqramının həyata keçirilməsi üzrə əsas istiqamətlər və bu istiqamətlərdən irəli gələn tədbirlər haqqında sənəd Azərbaycan Respublikasının Prezidentinə təqdim edilmişdir.

Bu sənəddə Mülki aviasiyanın milli inkişaf proqramının həyata keçirilməsi üzrə tədbirlər aşağıdakılardır:

• Mülki aviasiyanın normativ-hüquqi bazasının təkmilləşdirilməsi və uçuş təhlükəsizliyinin təmin edilməsi

• Mülki hava gəmilərini istismar edən aviasiya şirkətlərinin maddi-texniki bazalarının təkmilləşdirilməsi və inkişafı

• Mülki aviasiya hava limanlarının beynəlxalq standartlara uyğunlaşdırılması və inkişafı

• Respublika əhalisinin hava nəqliyyatı xidmətlərinə olan tələbatının təmin edilməsi

• Elm, kadr siyasəti və mülki aviasiya işçilərinin sosial müdafiəsi ilə bağlı tədbirlər

- Ölkədə nəqliyyat strukturunun inkişafı üçün atılan addımlar Azərbaycanın yaxın gələcəkdə Xəzər regionunun önəmli nəqliyyat şəbəkəsinə çevriləcəyini deməyə əsas verir. Hazırda Böyük İpək yolu, Şimal-Cənub dəhlizi kimi iri layihələr reallaşdırılır ki, bu da böyük həcmli investisiyaların ölkəyə cəlb edilməsinə şərait yaradacaq. AZAL dövlət konserni bu layihələrə cəlb oluna bilərmi?

- Heydər Əliyev Beynəlxalq Aeroportu özünün olduqca əlverişli coğrafi mövqeyinə və gözəl avadanlığına görə Şərqlə Qərb, Şimalla Cənub arasındakı tranzit reyslər üçün sürətlə bir nömrəli aeroporta çevrilir.

Bildiyiniz kimi, möhtərəm cənab Prezident İlham Əliyevin apardığı məqsədyönlu siyasət nətijəsində hal-hazırda Azərbaycan Respublikası MDB ölkələri sırasında xarici investisiyaların jəlb edilməsi üzrə birinji yerdədir. Bunun təzahürüdür ki, son illər irimiqyaslı layihələr çərçivəsində beynəlxalq maliyyə və bank qurumları tərəfindən mülki aviasiyamıza maliyyə qoyuluşları həyata keçirilmişdir.

Heydər Əliyev Beynəlxalq Aeroportunda "Bakı Karqo Terminalı" MMC-nin açılışından sonra Azərbaycan ABŞ və Avropa ölkələrindən Asiyaya və əks istiqamətdə daşınan yüklər üçün həqiqətən ən böyuk yükdaşınma məntəqələrindən birinə çevrilməkdədir.

- Konsern "Airbus Indestries" şirkəti ilə bağlanmış müqavilə çərçivəsində bu yaxınlarda ilk "A319" təyyarəsini alıb. Qalan təyyarələrin Azərbaycana gətirilməsi nə vaxta planlaşdırılır?Bu təyyarələrin hansı istiqamətlərdə istifadə edilməsi nəzərdə tutulub?

- "Airbus S.A.S." şirkəti ilə bağlanmış müqavilə çərçivəsində ilk A-319 tipli təyyarə artıq gətirilib və istismara verilib. Plana görə 2-ci sərnişin təyyarəsi 2005-ci ilin oktyabr ayında, 3-cü sərnişin təyyarəsi isə 2006-cı ilin iyul ayında Azərbaycana gətirilməlidir. Bu təyyarələr "AZAL" MAŞ-ın Avropa, Asiya, MDB və digər ölkələrə hal-hazırda yerinə yetirilən və yeni açılajaq uçuşları üçün nəzərdə tutulub.

-Bu yaxınlarda Çkalov adına Daşkənd Aviasiya İstehsalat Müəssisəsi ilə İL-76 təyyarələrinin alınması üzrə müqavilə bağlanıb. Müqavilənin icrasına başlanılıbmı?

-Həqiqətən, "Azərbaycan Hava Yolları" Dövlət Konserni Çkalov adına Daşkənd aviasiya istehsalat müəssisəsi ilə iki İL-76-90VD təyyarəsinin alınmasına dair müqavilə imzalamışdır. Qeyd etmək lazımdır ki, İL-76 təyyarələri beynəlxalq yükdaşıma aviasiyasının tarixində ən uğurlu və geniş istifadə olunan təyyarələrdəndir. Yeniləşirilmiə L-76-90VD təyyarələri İJAO-nun beynəlxalq Mülki Aviasiya Təşkilatı) bütün tələblərinə cavab verir, dünya üzrə uçuşlar yerinə yetirmək üçün sertifikatlaşdırılmış və 50 tona qədər yük qaldırmaq imkanına malikdir.

- Respublika daxilində yeni aeroportların tikintisi həyata keçirilir. Bu istiqamətdə işlər hazırda hansı mərhələdədir? Yaxın perspektivdə daha hansı aeroportların açılması nəzərdə tutulur və bu işlərə nə qədər vəsait tələb olunur?

- "Azərbaycan Hava Yolları" Dövlət Konserni tərəfindən Naxçıvan hava limanının inkişafı üzrə konseptual layihə hazırlanmış və Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İJAO) tələbləri bu layihədə öz əksini tapmışdır. Bildiyiniz kimi, Naxçıvan Beynəlxalq Aeroportunda rekonstruksiya işləri artıq başa çatdırılıb və hava limanı 12 may 2005-ci il tarixdə istismara verilmişdir. Hal-hazırda Gəncə Beynəlxalq Aeroportunda yenidənqurma işləri aparılır və 2006-cı ilin ortalarında işlər başa çatmalıdır. Bu yaxınlarda Azərbaycan Respublikası Prezidentinin iştirakı ilə Lənkəran aeroportunun təməl daşı qoyuldu və tikinti işlərinin 2006-cı ildə başlaması nəzərdə tutulur. Bundan sonra Zaqatala aeroportunun yenidən qurulması planlaşdırılır.

-Aviasiya təhlükəsizliyinin təmin olunmasına dair dövlət proqramının hazırlanması nəzərdə tutulur. Hazırda bu istiqamətdə görülən işlər hansı mərhələdədir?

-Aviasiya haqqında Qanunun tələblərinə uyğun olaraq Aviasiya təhlükəsizliyinin təmin olunmasına dair Dövlət Proqramı yenidən işlənib hazırlanmış və hal-hazırda baxılma və təsdiq olunma mərhələsindədir.

Xəbər lenti

Xəbər lenti