...

AVROPA YENİDƏNQURMA VƏ İNKİŞAF BANKININ DİREKTORLAR ŞURASI BANK OF BAKU-YA KAPİTALIN DAXİL OLMASINI TƏSDİQLƏYİB

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Oktyabr 2005 14:09 (UTC +04:00)

Avropa Üenidənqurma və İnkişaf Bankının (AYİB) Direktorlar Şurası Bank of Baku-ya səhmdar kapitalın daximl olması layihəsini təsdiqləyib. Bankın strateji planlaşdırma üzrə vitse-prezidenti Əfqan İsayevin Trend ə verdiyi məlumata görə, AYİB-ni Direktorlar Şurası bankın səhmlərinin 25 %-nin alınmasını təsdiqləyib.

"Layihənin reallaşdırılması üçün hər biri 10 min manat olmaqla ümumi həcmi 1 133 335 manatlıq səhm emissiyası buraxılacaq. Hazırda bizim Nizamnamə kapitalımız 34 milyard manat təşkil edir, sövdələşmələr başa çatdıqdan sonra 11,333 milyard manat artacaq və 45,333 milyard manat təşkil edəcək. Bu layihədə iştirakına görə AYİB $4,5 milyon ayırmaq niyyətindədir, səhmlərin haqqının ödənməsindən sonra qalan vəsait ehtiyağ şəklində kapitala çevriləcək ", - deyə Ə.İsayev bildirib.

Onun sözlərinə görə, hazırda bank sövdələşmənin leqallaşması ilə bağlı işləri aparmağa başlayıb və Azərbaycanın Milli Bankı, İqtisadi İnkişaf Nazirliyi, Ədliyyə Nazirliyi və Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi ilə hüquqi məsələlir həll edir.

Müvafiq razılaşmanın imzalanması car ilin oktyabrına, səhm emissiyası ilə noyabra təyin edilib.

Saziş imzalandıqdan sonra Avropa Birliyinin Tacis proqramı tərəfdən Bank of Baku -nun instutisional inkişafı və kreditləşmə praktikasının inkişafı məqsədilə banka texniki yardım göstərilməsinə başlanılacaq. Əisayevin sözlərinə görə, bu layihənin reallaşdırılmasına cari ilin dekabrından başlanılacağı və layihənin 12 ay davam edəcəyi gözlənilir.

Xəbər lenti

Xəbər lenti