...

AVRASİYA İŞ ADAMLARI BİRLİYİ YARADILACAQ

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Oktyabr 2005 15:44 (UTC +04:00)

Trend in xəbər verdiyi kimi, oktyabrın 6-da Bakıda Avrasiya İş Adamları Birliyinin ikigünlük görüşü başlayıb. Görüşün təşkilatçısı olan Azərbaycan-Türk iş adamları birliyinin sədri Əhməd Erentok region ölkələri üçün Avrasiya iş adamları birliyinin yaradılmasının vacibliyini qeyd edib. Onun sözlərinə görə, belə təşkilatın yaradılması regionda sahibkarların fəaliyyətinin effektivliyini artırar. "Bu gün regionda sürətlə inkişaf edən bazarlar yaranıb ki, bu da burada sahibkarlığın genişləndirilməsinə imkan verir", - deyə o qeyd edib.

Türkiyənin xarici iqtisadi əlaqələr komitəsinin və Türkiyə-Avrasiya biznes şuralarının sədri Toğrul Erkin Türkiyənin region ölkələri ilə əlaqələri haqqında danışaraq birliyin yaradılmasının bu istiqamətdə növbəti adım olacağını qeyd edib.

O, birliyin yaradılmasında 2 amilin nəzərə alınmasının vacibliyini vurğulayıb. Birinci amilə əsasən, birliyin fəaliyyətində siyasi motivlər olmamalıdır, o, yalnız iqtisadi istiqamətdə fəaliyyət göstərməlidir. İkinci amillə isə birlyin bütün üzvlərinə bərabər hüquqların verilməsi nəzərdə tutulur", - deyə T.Erkin əlavə edib.

Xəbər lenti

Xəbər lenti