...

ASK VƏ ACBCIRA ƏMƏKDAŞLIQ BARƏDƏ RAZILAŞMA İMZALAYIB

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Oktyabr 2005 15:51 (UTC +04:00)

Oktyabrın 6 -da Azərbaycan sahibkarlarının Milli Konfederasiyası (ASK) və Azərbaycan-Rumıniya Ticarət-Sənaye Palatası (ACBCIRA) əməkdaşlıq barədə müqavilə imzalayıb. Trend in məlumatına görə, sənədlərə ASK rəhbəri Aləkbər Məmmədov və ACBCIRA-nın prezidenti Draqomir Georq (Dragomir Gheorghe) imza atıb.

Ə.Məmmədovun Trend ə verdiyi ekskluziv məlumatda bildirir ki, bu razılaşma bir çox sahələrdə qarşılıqlı münasibət məsələlərini nizamlayır. "Sənəddə informasiya mübadiləsi sahəsində əməkdaşlıqla bağlı məsələlər şərtləşdirilib. Bununla yanaşı, razılaşmada birgə tədbirlərin, eləcə də biznes-forumların keçirilməsinin təşkili ilə bağlı əməkdaşlıq niyyətləri öz əksini tapıb. Həmçinin, biz sənədə Azərbaycan və Rumıniya sahibkarlarına yardım göstərilməsi barədəın şərtlər də daxil edilib ", - deyə ASK rəhbəri bildirib.

Qeyd edək ki, 2005-ci ilin 7 ayı ərzində Azərbaycanla Rumıniya arasında mal dövriyyəsi 56013 min dollar təşkil edib. Bu zaman Rumıniyadan ixrac $3159,2 min, Rumıniyaya ixrac $52853,8 min olmaqla müsbət saldoostavilo $49694,5 min təşkil edib.

Xəbər lenti

Xəbər lenti