...

TÜRKİYƏ QARS-AHALKALAKİ-TBİLİSİ-BAKI DƏMİRYOLUNUN TİKİNTİSİNƏ $1 MİLYON AYIRIB

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Oktyabr 2005 16:48 (UTC +04:00)

Türkiyə Qars-Ahalkalaki -Tbilisi-Bakı dəmiryolunun tikintisi layihəsinin texniki-iqtisadi əsaslarının hazırlanmasına $1 milyon vəsait ayırıb. Bu barədə Trend ə oktyabrın 6-da Türkiyənin xarici işlər nazirinin müavini Ender Arat məlumat verib.

Onun sözlərinə görə, Türkiyənin Yuksel domonik şirkəti tərəfindən hazırlanan sənəd ilin sonuna kimi hazır olacaq.

Onun sözlərinə görə, uzunluğu 98 km olan yolun 68 km Türkiyənin, 30 km isə Gürcüstan ərazisinin payına düşür. Türkiyə ərqazisindən Gürcüstan sərhəddinə kimi dəmiryolu Avropa standartlarına müvafiq tikiləcək. Vaqonların yolların MDB standartlarına müvafiq tikiləcəyi Gürcüstan ərazisinə keçməsi üçün onların təkərlərinin dəyişdirilməsi tələb olunacaq. Buna görə də ərazidə müvafiq terminal tikiləcək.

E.Arat qeyd edib ki, sənədin hazırlanmasından sonra maliyyələşmənin tələb olunduğu tikinti işlərinə başlanılacaq. "Vəsait beynəlxalq maliyyə təşkilatları tərəfindən təqdim oluna bilər. Lakin əgər vəsaitin ayrılmasında yubanma olarsa, onda Azərbaycan, Türkiyə və Gürcüstan layihəni öz vəsaitləri hesabına maliyyələşdirə bilərlər. Layihənin dəyəri $360-400 milyondur. Bu gün Azərbaycan və Türkiyə kifayət qədər ehtiyat vəsaitə malikdirlər. Gürcüstana gəldikdə isə onun imkanları məhdud olsa da, kredit cəlb etmək üçün potensiala malikdir ", - deyə sonda nazir müavini bildirib.

Xəbər lenti

Xəbər lenti