...

AZƏRBAYCAN VƏ PAKİSTAN SAHİBKARLARI ARASINDA FORUS KEÇİRİLƏCƏK

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Oktyabr 2005 17:55 (UTC +04:00)

Azərbaycan Sahibkarlarının Milli Konfederasiyası (ASK) biznes-forumların keçirilməsi pratikasını davam etdirmək niyyətindədir. ASK sədri Ələkbər Məmmədovun Trend ə verdiyi ekskluziv məlumatda bildirilir ki, bu tip növbəti tədbirin 2005-ci ilin noyabrında keçiriləcəyi planlaşdırılır.

"Noyabrın sonlarında Bakıya Pakistan sahibkarlarının nümayəndələrinin gələcəyi gözlənilir. Biz belə güman edirik ki, ölkəyə bank işi və sığorta, dəri məmulatlarının istehsalı və turizm sahələrində fəaliyyət göstərən biznesmenlər gələcəklər. Biz orta hesabla 30-40 biznesmendən ibarət nümayəndə heyətinin gələcəyini güman edirik ", - deyə Ə.Məmmədov bildirib.

Xəbər lenti

Xəbər lenti