...

296 NAMİZƏD İQTİSADİ İNKİŞAF NAZİRLİYİNDƏ VAKANT YERLƏRƏ TƏYİN EDİLMƏK ÜÇÜN ƏRİZƏ VERİB

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Oktyabr 2005 18:50 (UTC +04:00)

296 namizəd AR iqtisadi inkişaf nazirliyində vakant yerlərə təyin edilmək üçün ərizə verib. İqtisadi inkişaf nazirliyində Trend ə bildirilib ki, ərizələr sentyabrın 1-dən 30-dək ötən dövrdə qəbul edilib.

Oktyabrın 15-də tələbə qəbulu üzrə Dövlət komissiyası tərəfindən test imtahanı keçiriləcək.Test suallarının 80%-ni düzgün cavablandırmış namizədlər xüsusi komissiya tərəfindən aparılacaq ikinci tura - müsahibəyə buraxılacaq.

Qeyd edək ki, İİN 6-9 təsnifatla inzibati vəzifələr üzrə vakant yerlərə təyinatla dövlət xidmətinə qəbul üzrə müsabiqə elan edir. Müsabiqədə iştirak edən iddiaçılar AR prezidentinin 3 sentyabr 2001-ci il tarixli 566 saylı "Müsabiqə əsasında dövlət xidmətinə qəbul qaydaları"fərmanına əsasən İİN-də yaradılmış Komissiyaya bir sıra sənədlər təqdim etməlidir.

Xəbər lenti

Xəbər lenti