...

SSRİ ƏMANƏT BAZASININ AZƏRBAYCANDAKI BĞÖLMƏSİNDƏ 6,4 MİLYARD RUBL ƏMANƏT SAXLANILIR

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Oktyabr 2005 14:54 (UTC +04:00)

1992-ci il yanvarın 1-də SSRİ Əmanət Bankının Azərbaycan Respublikasındakı bölməsində 6,492 milyard sovet rublu həcmində əmanətlər saxlanılıb. Bu barədə Trend ə SSRİ-nin Əmanət Bankının Azərbaycan bölməsinin varisi olan "Kapital" bankın İdarə Heyətinin sədr müavini Yaşar Məmmədov məlumat verib.

Onun sözlərinə görə, bu göstərici həmin vaxt banka qoyulan bütün əmanətlərin yekun göstəricisi olmasına baxmayaraq, həmin vaxt onların bir hissəsi ödənilib. Əmanət Bankının ödənilməmiş borclarının dəqiqləşdirilməsi üçün müvafiq inventarlaşmanın aparılması zəruridir.

Qeyd edək ki, əmanətlərin indeksləşməsi prosesinə gələn il başlamaq planlaşdırılıb ki, buna təkcə 2006-cı ildə 200 milyard manat büdcə vəsaiti göndərmək nəzərdə tutulub. İndeksləşdirmə 1992-ci il yanvarın 1-nə qədər SSRİ-nin Əmanət Bankına qoyulan əmanətlərə aid ediləcək. İlk növbədə kompensasiyanı ilk növbədə 70 yaşından yuxarı şəxslər, şəhid ailələri, qaçqınlar və məcburi köçkünlər alacaq. İrsiyyət hüququna müvafiq olaraq kompensasiyalar indeksləşmə başlayana kimi vəfat etmiş vətəndaşların qohumlarına veriləcək.

Xəbər lenti

Xəbər lenti