...

AZƏRBAYCAN SAHİBKARLIĞIN İNKİŞAFI ÜÇÜN VENÇUR FONDU YARATMAĞI PLANLAŞDIRIR

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Oktyabr 2005 17:08 (UTC +04:00)

Azərbaycan hökuməti müəssisələrin inkişafı üçün vençur fondu yaratmaq niyyətindədir. Hökumətdən Trend ə verilən məlumata görə, hazırki anda Almanyia hökumətinə fondda iştirak etmək təklif olunub.

Almaniyanın fondda iştirakı barədə qərarın 2006-cı ildə hökumətlərarası danışıqlar zamanı qəbul ediləcəyi istisna edilmir. Elə o zaman fondun yaradılması müddətinin göstəriləcəyi də istisna olunmur.

Ehtimal olunur ki, vençur fondu şirkətlərin Nizamnamə kapitalında iştirak edəcək, onlarla risqləri bölüşəcək və maliyyələşmənin cəlb olunması imkanlarının genişlərndirilməsi üçün onların reytinqini artırmağa kömək edəcək. Azərbaycan və Almaniya hökumətləri ilə (danışıqların uğurlu keçəcəyi təqdirdə) yanaşı fond Azərbaycanın digər xarici donorları da təmsil oluna bilər.

Xəbər lenti

Xəbər lenti