...

VERGİLƏR NAZİRLİYİNİN BAKI ŞƏHƏR DEPARTAMENTİ İKİ MİQYASDA QİYMƏTLƏRİN GÖSTƏRİLMƏSİ MONİTORİNQİNİ KEÇİRİB

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Oktyabr 2005 17:38 (UTC +04:00)

Malların və xidmətlərin qiymətləri və tariflərinin iki miqyasda göstərilməsinə dair informasiya üzrə işlərin gücləndirilməsi məqsədilə Bakı şəhər vergilər departamenti tərəfindən 27 qrup yaradılıb. Vergilər nazirliyində Trend ə bildirilib ki, bu qruplarla artıq paytaxt ərazisində fəaliyyət göstərən 6902 obyektdə monitorinq keçirilib.

"Monitorinq zamanı müəyyən edilib ki, qiymətlərin iki miqyasda göstərilməsi üzrə tələblər yoxlanılan obyektlərin 4890-da icra olunur" -deyə nazirlikdə bildirilib.

Bundan öncə vergilər Nazirliyi denominasiya prosesinə hazırlığa dair məlumatlandırmanın artırılması üzrə işlər aparırdı.Xüsusilə Bakı şəhər vergilər departamenti və filiallar tərəfindən paytaxt ərazisində fəaliyyət göstərən 23 mindən çox obyektdə xüsusi bildiriş formaları təqdim edilib, həmin məsələyə dair 85 görüş keçirilib və həmin görüşlərdə 2 083 vergi ödəyicisi iştirak edib.

Xəbər lenti

Xəbər lenti