...

AZƏRBAYCAN TORPAĞIN MÜHAFİZƏSİ TEXNOLOGİYALARI ÜZRƏ BEYNƏLXALQ TRENİNQLƏRDƏ İŞTİRAK EDİB

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Oktyabr 2005 20:19 (UTC +04:00)

Azərbaycan torpağın mühafizəsi texnologiyaları üzrə Ankarada keçirilən beynəlxalq treninqlərdə iştirak edib.Kənd təsərrüfatı nazirliyinin elmi-aqrar mərkəzində Trend ə bildirilib ki, treninqlərdə əkinçilik institutunun mütəxəssisləri iştirak edib.

Treninqlərin təşkilatçıları quraqlıq rayonlarda kənd təsərrüfatı tədqiqatları Beynəlxalq mərkəzi ICARDA (International Center for Agricultural Reseach in the Dry Areas), qarğıdalı və buğdanın təkmilləşdirilməsi Beynəlxalq mərkəzi CİMMYT (Centro Internacional de Mejoramiento de Maiz y Trigo, anq. International Maize and Wheat Improvement Center) və Türkiyənin kənd təsərrüfatı nazirliyidir.

Oktyabrın 7-də öz işini başa çatdırmış treninqlərdə torpağın şoranlıqdan müdafiəsi məsələləri, eləcə də istismar nəticəsində torpağın keyfiyyətinin aşağı düşməsinin qarşısının alınması yolları və digər məsələlər müzakirə edilib.

Tədbirdə dünyanın CİMMYT və ICARDA ilə müxtəlif sahələrdə əməkdaşlıq edən təxminən 30 ölkəsi iştirak edib.Qafqaz regionundan treninqlərdə Gürcüstan və Azərbaycan iştirak edib.

Xəbər lenti

Xəbər lenti