...

YANVAR-SENTYABR AYLARINDA DƏMİR YOLU İLƏ TƏXMİNƏN 10 MLN TON NEFT YÜKÜ DAŞINIB

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Oktyabr 2005 14:15 (UTC +04:00)

Azərbaycan Dövlət Dəmir Yol İdarəsi 2005-ci ilin yanvar-sentyabr aylarında 13,4 mln ton müxtəlif yüklər daşıyıb ki, bu da proqnoz göstəricisindən 15,6% çoxdur. ADDİ-dən Trend ə verilən məlumata görə, göstərilən dövr ərzində dəmir yolu ilə 9,9 mln ton neft və neft məhsulları daşınıb.

2005-ci ilin yanvar-sentyabr aylarında 608,2 vaqon yük doldurulub ki, bu da proqnoz göstəricisindən 5,2% çoxdur.

Göstərilən dövr ərzində (tranzit yüklər daxil olmaqla) ADDİ tərəfindən 18,4 mln ton yük daşınıb (plan 121,1% yerinə yetirilib və 2004-cü ilin həmin dövrü ilə müqayisədə 3222,6 min ton çoxdur).

Yüklərin daşınması üzrə plan 103,8% yerinə yetirilib, bu isə 2004-cü ilin analoji dövrü ilə müqayisədə 6,4% çoxdur.

Daşımaların maya dəyəri planla müqayisədə 194,4 manat azaldılıb.

Xəbər lenti

Xəbər lenti