...

BAKIDA AZƏRBAYCAN VƏ BĞÖYÜK BRİTANİYANIN HESABLAMA PALATALARI ARASINDA ƏMƏKDAŞLIĞIN İNKİŞAFI MƏSƏLƏLƏRİ MÜZAKİRƏ OLUNACAQ

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Oktyabr 2005 14:38 (UTC +04:00)

Bakıda Azərbaycan və Böyük Britanyianın Hesablama Palatalarının (HP) arasında əməkdaşlığın inkişafı məsələləri müzakirə olunacaq. HP-dan Trend ə verilən məlumata görə, bu tədbir Böyük Britaniyanın və Şimali İrlandiya Birləşmiş Krallığının Milli Auditor Ofisinin (NAO National Audit Office) onun baş auditoru Con Bornun rəhbərlik etdiyi nümayəndə heyətinin səfəri çərçivəsində həyata keçiriləcək.

HP-dan həmçinin bildiriblər ki, iki maliyyə nəzarəti orqanları arasında qarşılıqlı anlaşma barədə memorandum olduğundan səfərdə əsas məqsəd bu istiqamətdə iki ölkənin əməkdaşlığına dair məsələlrin müzakirə olunması, yuxarıda göstərilən sənəddə tədbirlərin reallaşdırılması, iki ölkə arasında münasibətlərin genişləndirilməsində HP-nın rolunun genişləndirilməsinin müzakirə olunmasından ibarətdir.

"Nümayəndə heyətinin 3 günlük səfəri oktyabrın sonlarına nəzərdə tutulub", - deyə dövlət strukturundan bildiriblər.

Qarşılıqlı anlaşma barədə Azərbğaycanın HP və Böyük Britanyia və Şimali İrlandiya Birləşmitş Krallığının Milli Auditor Ofisi arasında memorandum 2003-cü ilin mayında Londonda imzalanıb. Sənəd Azərbaycan tərəfdən ölkənin Hesablama Palatasının sədri Namiq Nəsrullayev və Auditor Ofisiinin baş auditoru Con Born tərəfindən imzalanıb.

Xəbər lenti

Xəbər lenti