...

"AQROLİZİNQ" TEXNİKANIN SIĞORTALANMASI ÜÇÜN VƏSAİT AYRILMASINI GÖZLƏYİR

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Oktyabr 2005 15:00 (UTC +04:00)

Hazırda "Aqrolizinq" SC lizinqinə texnikanın verilməsi praktikasının fəallaşmasına sığortanın olmaması mane olur. "Aqrolizinq"in başçısı Tariyel Rəsulov Trend ə bildirib ki, sığortanın gerçəkləşdirilməsi üçün sığortaçı xidmətinin ödənməsi lazımdır.

"Qanunvericiliyə əsasən, SC lizinqinə texnika təqdim olunanadək verilən əmlak sığorta olunmalı idi.Bu məqsədlə bizə 1,3 mlrd. manat tələb olunur. Hazırda maliyyə Nazirliyii bizə bu vəsaiti ayırmayıb, amma yaxın vaxtlarda bunu gözləyirik" -deyə T.Rəsulov qeyd edib.

T.Rəsulovun sözlərinə görə, müəssisənin maddi-texniki bazasının təmin edilməsi üçün alınacaq texnikanın sığortalanması üzrə keçirilən tender yolu ilə seçilmiş Alfa Insurance MMC yerli sığorta şirkəti vəsait ayrılandan dərhal sonra istənilən vaxtda sığortalanma prosesiə başlamvağa hazırdır.Eyni zamanda tenderdə qalib ilə yanaşı Standart Insurance və Atasigorta şirkətləri də iştirak edirdi.

Maraqlanan şirkətlər avqustun 26-dək öz sənədlərini, təkliflər paketini isə avqustun 31-dək ASC-yə təqdim etməli idi. Tender prosedurası sentyabrın 1-də AR kənd təsərrüfatı nazirliyində keçirilmişdi.

Xəbər lenti

Xəbər lenti