...

BAKIDA "LİZİNQİN ROLU VƏ MİLLİ İSTEHSALIN İNKİŞAFI" MÖVZUSUNDA DƏYİRMİ MASA KEÇİRİLİB

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Oktyabr 2005 16:05 (UTC +04:00)

Oktyabrın 10-da Bakıda "Lizinqin rolu və milli istehsalın inkişafı" mövzusunda dəyirmi masa keçirilib. Trend in məlumatına görə, tədbirin təşkilatçısı kimi Azərbaycan prezidenti yanında Sahibkarlıq üzrə Şuranın İşçi Qrupu və Azərbaycanın lizinq şirkətlərinin Assossiasiyası çıxış edib.

Bu konfransın keçirilməsində məqsəd Azərbaycanda lizinq əməliyyatlarının yerinə yetirilməsi və ölkənin regionlarında da fəaliyyət göstərən bu maliyyə institutu ilə ölkə sahibkarlarının tanışlığından ibarətdir.

Tədbirin gedişində ölkədə lizinqin inkişafının əsas problemləri, eləcə dəmaliyyə mənbələrinin axtarışı barədə çıxışlar olub və qeyd olunub ki, Azərbaycanda lizinqin inkişafı üçün böyük potensial var, lakin ondan tam miqyasda istifadə olunmur. Tədbirdə lizinq sahəsində dünyadakı prosesləri nizamlayan Ottava konvensiyasına qoşulmağın zəruriliyi də qeyd olunub.

Konfransın işində yerli strukturlarla, eləcə də Azərbaycan prezidenti yanında sahibkarlıq üzrə Şuranın İşçi Qrupunun nümayəndələri, Azərbaycanın lizinq şirkətlərinin Assosiasiyası, Sahibkarlığı dəstək Milli Fondu, "Aqrolizinq" SC ilə yanaşıxarici strukturların nümayəndələri, o cümlədən, Azərbaycanda lizinqin inkişafı üzrə Beynəlxalq Maliyə Korporasiyasının Layihəsi, eləcə də Qazaxıstanın "TuranAlem" bankının (BTA) rəhbərliyinin nümayəndələri də iştirak edib.

Xəbər lenti

Xəbər lenti