...

İCTİMAİ TELEVİZİYANIN $2 MİLYON VƏSAİTƏ EHTİYACI VAR

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Oktyabr 2005 16:22 (UTC +04:00)

Himayəçilər Şurasının nümayəndələrinin fikrincə, İctimai Televiziyanın (İT) işlərinin maliyyələşdirilməsi üçün ayrılan vəsait yayıma, teleyayımın efirə çıxmasına və ilkin maliyyələşdirmələrə kifayət edir. Hazırda cari ildə ictimai televiziyanın gələcəkdə daha dinamik inkişafı üçün səmərəli şəkildə sərf olunarsa, daha 2 milyon dollar vəsait tələb olunur ", -deyə İT-nın Himayəçilik Şurasının üzvü Natiq Şirinzadə bildirib.

Onun sözlərinə görə, hazırki anda İC-nın baş direktoru İsmayıl Ömərov Himayəçilik Şurasını Azərbaycanın Maliyyə Nazirliyinin İT-nın büdcədən daha 2-3 milyon dollar həcmində maliyyələşməsi üçün şifahi göstəriş verməsi barədə məlumatlandırıb. "Müvafiq müraciətin noyabrın sonlarından tez olmayaraq edilməsi planlaşdırılıb ", - deyə N.Şirinzadə bildirib.

N.Şirinzadə həmçinin qeyd edib ki, hələ İT-nın gələn il üçün büdcə layihəsi hazır deyil. Onun sözlərinə görə, onu ümumdövlət büdcəsinin planlaşdırılmasından əvvəl həyata keçirmək daha məqsədəuyğun olardı ki, bu zaman büdcə layihəsində İT-nın xərcləri üzrə maddə televiziyanın öz real proqnozlarından çıxış edilərək göstərilə bilərdi.

Xəbər lenti

Xəbər lenti