...

PAMBIQÇILIQLA MƏŞĞUL OLAN 21 RAYONDAN 20-DƏ PAMBIQ ISTEHSALININ SƏIİYYƏSI ARTIB

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Oktyabr 2005 16:31 (UTC +04:00)

Operativ məlumatlara görə, 2005-ci il oktyabrın 3-nə kimi Azərbaycanın pambıq sahələrindən 116,3 min ton pambıq yığılaraq emal müəssisələrinə verilib. Dövlət Statistika Komitəsindən Trend ə verilən məlumata görə, bu, keçən ilin göstəricisindən 27,3 min ton və ya 30,7% çoxdur.

Bölgələrin, xüsusilə Goranboy, Beyləqan, Tərtər, Bərdə, Ağdam, Salyan, Yevlax, Ağdaş, İmişli rayonlarının təsərrüfatlarında yığılmış məhsulun həcmi keçən ilki göstərici ilə müqayisədə 40,1%-95,3% çoxdur, Göyçay və Füzuli rayonlarında isə bu həcm 2.4 və 2.1 dəfə artıb.

Saatlı rayonunda pambıq istehsalı 22,7 min ton, Sabirabadda - 12,5 min ton, İmişlidə - 11,4 min ton, Beyləqanda - 10,3 min ton, Bərdədə - 8,9 min ton təşkil edib.

Bütövlükdə cari ildə pambıqçılıqla məşğul olan 21 rayondan 20-də pambıq istehsalının səviyyəsi artıb.

Xəbər lenti

Xəbər lenti