...

AVROBONDLARIN İLKİN HƏCMİ $250 - $500 MİLYON TƏŞKİL EDƏ BİLƏR

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Oktyabr 2005 13:27 (UTC +04:00)

Azərbaycanda suveren avrobondların buraxılışına 2006-cı ildə icazə verilə bilər.Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri Heydər Babayevin Trend ə verdiyi məlumata görə, bu layihənin təsdiqlənməsi üçünölkə hökumətinin müvafiq qərarının qəbul edilməsi zəruridir.

"Debüt buraxılış üçün nisbətən daha optimal buraxılışın həcmi üçün emissiyaların ölçüsü $250 -$500 milyon ola bilər", - deyə H.Babayev qeyd edib.

Onun sözlərinə görə, avrobondların dollar nominalında buraxılması daha məqsədəuyğun olardı."Daha doğrusu, onlar dollarla buraxılacaq, çünki bizim gəlirlərimiz dollarla hesablandığından onu digər valyuta ilə əvəz etmək düzgün olmazdı ", - deyə H.Babayev qeyd edib.

H.Babayevin qeyd etdiyinə görə, avrobondların buraxılışı faktiki olaraq Azərbaycanın qiymətli kağızlar üzrə beynəlxalq bazara çıxması deyməkdir. O həmçinin qeyd edib ki, Azərbaycan bu gün də vəsaitlərin alınmasını həyata keçirir, halbuki onların qiymətli kağızlar şəkilində alınması daha məqsədəuyğun olardı. Həmçinin, qiymətli kağızların buraxılışı portfel investisiyaların genişləndirilməsinə şərait yaradardı.

Xəbər lenti

Xəbər lenti