...

QİYMƏTLİ KAĞIZLAR ÜZRƏ DÖVLƏT KOMİTƏSİNİN NAXÇIVAN MUXTAR RESPUBLİKASI ÜZRƏ İDARƏSİ 2005-Cİ İLİN SONUNDA FƏALİYYƏTƏ BAŞLAYACAQ

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Oktyabr 2005 14:01 (UTC +04:00)

Azərbaycan Respublikası prezidenti yanında qiymətli kağızlar üzrə dövlət komitəsi cari ilin sonuna qədər Naxçıvan Muxtar Respublikası üzrə öz idarəsini yaratmağı planlaşdırır. QKDK-nın rəhbəri Heydər Babayevin Trend ə verdiyi məlumata görə, hazırda müvafiq cari məsələlər həll olunur.

"İdarə hələ fəaliyyətə başlamayıb, belə ki, Naxçıvanın rəhbərliyi, xüsusilə Nazirlər Kabineti ilə müvafiq məsələlər razılaşdırılır. Həmçinin, smeta və ştat cədvəli məsələləri müzakirə olunur. İdarə öz işinə cari ilin sonunda başlayacaq", - deyə o qeyd edib.

Qeyd edək ki, Azərbaycan prezidenti "Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası prezidenti yanında qiymətli kağızlar üzrə dövlət komitəsinin fəaliyyətinin təşkil olunması haqqında" 22 sentyabr tarixli sərəncamla Azərbaycanda qiymətli kağızlarla bağlı fəaliyyətin inkişafı və bu sahədə investorların hüquqlarının qorunmasının təmin olunması məqsədilə Naxçıvan Muxtar Respublikası üzrə QKDK idarəsinin yaradılmasına dair qərar çıxarıb.

Xəbər lenti

Xəbər lenti