...

BEYNƏLXALQ BANK İSTİQRAZ EMİSSİYASINI BEYNƏLXALQ BAZARA 2006-CI İLDƏ ÇIXARMAĞI PLANLAŞDIRIR

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Oktyabr 2005 15:27 (UTC +04:00)

Azərbaycan Beynəlxalq Bankı (ABB)istiqraz emissiyalarını beynəlxalq bazara çıxarmağı planlaşdırır. Bankın İdarə Heyətinin sədri Cahangir Hacıyevin Trend ə verdiyi məlumata görə, hazırda müvafiq danışıqlar aparılır, bankın özü isə bu layihənin 2006-cı ildə reallaşdırılmasına hazırdır.

"ABB iki əvvəl hazırlıq işlərinə başlayıb. Hazırlığın atributlarından biri o amildən ibarətdir ki, biz illikdən 6 aylıq auditə keçmişik. Potensial investorlar həmişə dinamikanı görməyi arzulayırlar və 6 aylıq audit belə imkanı verir. Artıq bizim Citibank, PriceWaterhouseCoopers kimi mümkün tərəfdaşlarımızla danışıqlara başlamışıq. Belə ki, investorlara investisiya qoymaq üçün mümkün layihələri təkcə Azərbaycanda deyil, ABB-nın əmək apardığı bütün digər ölkələrdə göstərmək lazımdır ", - deyə C.Hacıyev bildirib.

Onun sözlərinə görə, investisiyaları cəlb etmək təcrübəsi göstərir ki, həcmi $100 milyondan aşağı olan bondların buraxılışı məqsədəuyğun deyil. "Buraxılışın həcmi onların buraxıldığı birjadan asılı olaraq 100 milyon avro və ya digər valyutadır. Hələ birjalar arasında seçim olunmayıb, buraxılış isə 2006-cı ilə planlaşdırılıb ", - deyə o qeyd edib.

Xəbər lenti

Xəbər lenti